ÜST-dən xəbərdarlıq: “Mu variantı”backend

ÜST-dən xəbərdarlıq: “Mu variantı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik müntəzəm hesabatında ilk olaraq bu ilin yanvar ayında Kolumbiyada aşkar edilən ‘B.1.621’ variantına diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, hesabatda ‘Mu’ adlanan koronavirus variantının peyvəndlərə davamlı ola biləcəyi vurğulanıb.

Yeni variantın Cənubi Amerika və Avropada yayıldığı da qeyd olunub.

ÜST “Mu Variantı” nın peyvəndlərə daha davamlı ola biləcəyini göstərən mutasiyalara sahib olduğunu, lakin bunu daha da tədqiq etmək üçün yeni araşdırmalara və məlumatlara ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki, indiyə qədər koronavirusun narahatlıq doğuran 4 variantı aşkar edilib. Bunlar – 193 ölkədə görülən “Alfa”, 141 ölkədə yayılan “Beta”, 91 ölkədə təsbit edilən “Qamma”, 170 ölkədə aşkarlanan və son zamanlarda daha sürətlə yayılan “Delta” variantıdır.