ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyürbackend

ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir.

NOCOMMENT.az oxu.az-a istinadən qeyd olunub ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib.

ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı Zambiya və Zimbabvedə vəziyyət son dərəcədə kritikdir.

2023-cü ildə 700 mindən çox, 2022-ci ildə təxminən 500 min, 2021-ci ildə isə 220 mindən bir qədər çox xəstəlik qeydə alınıb.