ÜST rəhbəri Fikoya qarşı sui-qəsdi pisləyibbackend

ÜST rəhbəri Fikoya qarşı sui-qəsdi pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdini şərh edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Qebreyesus Slovakiyadan gələn xəbəri “dəhşətli” adlandırıb və ÜST-nin “bu cür zorakılıq aktlarını pislədiyini və baş nazir Robert Fikonun tez və tam sağalacağına ümid etdiyini” deyib.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xəsarət alan baş nazirin ailəsinə və Slovakiya xalqına dəstək olduğunu bildirib.