ÜST rəhbəri İsrailin hücumu zamanı Yəmən hava limanında olubbackend

ÜST rəhbəri İsrailin hücumu zamanı Yəmən hava limanında olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus Yəmənin Səna şəhərindəki hava limanında İsrail hava hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumata görə, o, sağdır.

Cümə axşamı, dekabrın 26-da Yəmənin Səna Beynəlxalq Hava Limanı İsrail hava hücumlarına məruz qalıb. Yəmənin paytaxtının şimalında yerləşən Əd-Dailami aviabazasına və onun ətrafına da zərbələr endirilib. Yerli mənbələrin məlumatına görə, İsrail qırıcıları Səna beynəlxalq hava limanı və ona bitişik Əl-Dailami aviabazasına 6 reyd keçirib. Şiə “Ənsar Allah” (Husi) hərəkatı havadan bombardmanların uçuş-enmə zolağı və gediş zalı da daxil olmaqla mülki hava limanına ciddi ziyan vurduğunu bildirib.