ÜST rəhbəri İsrailin Yəmənə endirdiyi zərbə zamanı möcüzəvi xilasetmədən danışıbbackend

ÜST rəhbəri İsrailin Yəmənə endirdiyi zərbə zamanı möcüzəvi xilasetmədən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus İsrailin Yəmənin paytaxtı Səna hava limanına endirdiyi hava hücumundan möcüzəvi şəkildə xilas olub.

NOCOMMENT.az xəbər verir ki, qurum rəhbəri bu barədə efirdə danışıb BBC radiosunda

“Bizim bəxtimiz gətirdi, əgər raket bir az kənara çıxsaydı, başımızın üstünə düşə bilərdi. Bütün bunlardan sonra həmkarım dedi ki, bizim [xilas olunmağımız] möcüzədir”, – deyə təşkilat rəhbəri bildirib.

Dekabrın 26-da İsrail Yəmənə bir sıra hava hücumlarına , o cümlədən Sənanın cənubundakı elektrik stansiyasına və sahildəki liman infrastrukturuna zərbələr endirib. ÜST rəhbəri Səna hava limanında vurulub, lakin sağ qalıb.