ÜST tibbi maskadan istifadənin minimal yaş həddini AÇIQLADIbackend

ÜST tibbi maskadan istifadənin minimal yaş həddini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.

NOCOMMENT.az xəbər verir ki, ÜST-ün saytında məlumat yer alan məlumatda bildirilib ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür. Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amil nəzərə alınmalıdır.

Bu yaşdakı uşaqlar maskadan ​​etibarlı və düzgün istifadə edə bilərlər. Yaşadıqları yerlərdə virusun yayılması nəzərdə tutulmalıdır.

Qeyd edək ki, ÜST və UNICEF ​​12 yaşdan yuxarı uşaqlar üçün isə maskadan istifadəni tövsiyə edir.