ÜST: Yəməndə 7 ayda qızılcadan 413 ölüm qeydə alınıbbackend

ÜST: Yəməndə 7 ayda qızılcadan 413 ölüm qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə qızılcadan 7 ayda 413 nəfərin öldüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən yazılı açıqlamada Yəməndə uşaqlarda qızılca və məxmərək xəstəliyinin artması ilə bağlı narahatlıqların olduğu bildirilib.

Açıqlamada Yəməndə ilin əvvəlindən iyulun sonuna qədər 34 min 300 qızılca və məxmərək xəstəliyinin aşkar edildiyi və bu müddət ərzində 413 ölüm halının qeydə alındığı bildirilib.

Keçən il eyni səbəbdən 27 min hadisənin və 220 ölüm halının qeydə alındığına diqqət çəkən açıqlamada qızılcaya yoluxma hallarının artması və insan tələfatı “iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması və miqrasiya” kimi səbəblərlə bağlı olduğu qeyd edilib.

NOCOMMENT.AZ