Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli variantının ortaya çıxması riskiniin hələ də davam etməsi barədə xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, Qebreyesus ÜST-ün həftəlik mətbuat konfransında verdiyi açıqlamada, 3 ay əvvəl COVID-19-un beynəlxalq əhəmiyyətli bir ictimai sağlamlıq fövqəladə halı olaraq sona çatdığını, lakin qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini xatırladıb.
Həmin tarixdən bu yana qlobal miqyasda bildirilən COVID-19-a yoluxma və ölüm hallarının azalmasının davam etdiyini qeyd edən Qebreyesus, ÜST-ə məlumat verən ölkələrin sayında azalma olduğunu bildirib.
“Bu o demək deyil ki, başqa ölkələrdə ölüm və ya xəstəxanaya yerləşdirilmə yoxdur, bu o deməkdir ki, onlar ÜST-ə məlumat vermirlər” deyə o qeyd edib.
NOCOMMENT.AZ