ÜST zəlzələ üçün fövqəladə vəziyyət elan edibbackend

ÜST zəlzələ üçün fövqəladə vəziyyət elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 3-cü dərəcəli fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 əyalətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Hans Kluge 3-cü dərəcəli fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Kluge verdiyi açıqlamada, “Öz həyatları təhlükə altında olarkən cavab verən ÜST-ün Qaziantepdəki ofisimizdəki işçiləri də daxil olmaqla, ilk müdaxilə edənləri alqışlayıram. İnsanların həyatını xilas etmək üçün əlamətdar cavab əməliyyatı başlatan Türkiyə səlahiyyətlilərini alqışlayıram. Mən üzv dövlətlərə böyük həmrəylik nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Beynəlxalq ictimaiyyəti dəstəyini artırmağa davam etməyə və Türkiyə hökuməti və ÜST ilə tam koordinasiyanı təmin etməyə çağırıram”.