Abşeron rayonunda usta faciəvi şəkildə həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, Masazır qəsəbəsində 1960-cı il təvəllüdlü Füzuli Güləsən oğlu Həsənov işlədiyi binanın 7-ci mərtəbəsindən yükqaldırıcı qurğu ilə aşağı düşərkən yıxılaraq ölüb.
Bildirilir ki, F.Həsənov həmin binada kafel-metlax ustası kimi çalışırmış.
Araşdırma aparılır.