Üzərində manatın əks olundu dəsmallar – Qanun buna nə deyir?backend

Üzərində manatın əks olundu dəsmallar – Qanun buna nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üzərində milli valyutalar əks olunan əl-üz dəsmalları hər yerdə var. Kim istəsə, bunu Azərbaycanda da edə bilər. Bununla bağlı hər hansı qadağa yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov Çin istehsalı olan “1 manatlıq dəsmal”ların satışa çıxarılmasına münasibətdə deyib.

Vəkil sözügedən dəsmalların xaricdə istehsal olunduğunu xatırladıb:

“Milli valyutalar əks olunan dəsmalların istehsalı qadağa deyil”.

Vəkil bunu milli valyutaya hörmətsizlik kimi qiymətləndirmir:

“Hətta Azərbaycanda belə bir qadağa yoxdur. Bizim milli dövlət atributlarımız bayrağımız, gerbimiz və himnimizdir ki, onlara qarşı hörmətsizlik etmək olmaz”.

Xatırladaq ki, Çində üzərində Azərbaycanın milli valyutası – bir manatı əks olunan əl-üz dəsmalları satışa çıxarılıb. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.