Üzr istəmək yerinə, onu tənqid edənləri qınadıbackend

Üzr istəmək yerinə, onu tənqid edənləri qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq”.

NOCOMMENT xəbər verir ki, bunu Zümrüd Bədəlova ötən gün aparıcısı olduğu verilişdə Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbətində onu savadsızlıqda qınayanlara cavabında deyib.

“Kef edin, təki reklamımız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”, – deyə aparıcı bildirib.

Xatırladaq ki, ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb. Veriliş zamanı aparıcı verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib. Belə ki, aparıcı, A. Axundzadəyə – “Babanızı görmüsünüzmü?”, – sualını ünvanlayıb. Müsahib isə – “Babam 37-ci ildə güllələnib”, – deyə cavab verib.