Uzun quyruqla doğulan körpə əməliyyat edildi – FOTObackend

Uzun quyruqla doğulan körpə əməliyyat edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada nadir anomaliyalardan hesab edilən quyruqlu körpələrdən biri Braziliyada dünyaya gəlib.

NOCOMMENT medicina-ya istinadən xəbər verir ki, bu barədə Journal of Pediatric Surgery Case Reports dərgisi məlumat verib.

Braziliyada uşaq xəstəxanasında 35 həftəlik təbii doğuşla dünyaya gəlmiş oğlan uşağı quyruqlu olub. Ana sağlam olsa da, hamiləlik vaxtı siqaret çəkib, eləcə də 2 dəfə antibiotik qəbul edib.

Doğuşdan sonra körpədə onurğanın aşağısından dəri ilə örtülü 4 santimetr diametrli artıq bir hissənin asıldığını aşkar ediblər.

Əslində belə quyruq hər bir döldə onurğa formalaşarkən əmələ gəlir, amma 5-ci həftədə o itir. Quyruq toxuma, dəri, sinir və qan damarlarından ibarət idi.

Həkimlər quyruğun əməliyyatla götürülməsi qərarına gəliblər və əməliyyat uğurlu keçib.