Uzunömürlülərin içdiyi 3 məşhur içkibackend

Uzunömürlülərin içdiyi 3 məşhur içki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzunömürlü insanların seçimi olan içkilər açıqlanır. Onlar hər gün nələr içir?

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, amerikalı tədqiqatçı Buettner uzun illər Mavi Zonalarda yaşayan insanların həyat tərzini öyrənməyə sərf edib.

Çay, su və şərabın yüzilliklər arasında ən çox yayılmış içkilər olduğu aşkar edilib.

Xüsusilə, Yaponiya, Yunanıstan, İtaliya və Kosta-Rikada yaşayan kəndlilərin qida rasionunu araşdıraraq, onların nə üçün dünyanın digər insanlarından daha uzun yaşadıqlarını anlamağa çalışıb.

“Onlar ümumiyyətlə süd içmirlər. Onların süfrələrində tapa biləcəyiniz yeganə şey qoyun və ya keçi südündən hazırlanan pendirdir” deyə ekspert öz müşahidələrini bölüşüb.

Tədqiqatçı su, çay və şərabı uzunömürlülər arasında ən çox yayılmış içkilər adlandırıb. Buttner həmçinin qeyd etdi ki, orqanizmin normal işləməsi üçün su lazımdır, çayda qiymətli antioksidantlar var, lakin şərabda belə faydalı xüsusiyyətlər yoxdur.

Amma qırmızı şərab çox içilən İtaliya, Alp regionu və Fransanın qədim kəndlərində də uzunömürlülər çoxdur.