Vahid Əhmədov: Əhalinin güzəranı ağırlaşır, maaşlar artırılmalıdırbackend

Vahid Əhmədov: Əhalinin güzəranı ağırlaşır, maaşlar artırılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnflyasiyanın olduğu bir vaxtda maaşları həmişə eyni səviyyədə saxlamaq düzgün deyil. Özəl sektorda çalışan sahibkarlar insanların həyat şəraitini nəzərə almalı və maaşları müəyyən qədər artırmalıdır”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri bakupost-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, işçilərin sosial vəziyyətini nəzərə alaraq maaş artımı məsələsi gündəmə gəlməlidir: “Bahalaşma varsa, deməli, inflyasiya davam edir. Bahalaşma istər dövlət büdcəsi, istərsə də özəl təşkilatlardan maliyyələşən hər kəsə təsir edir. Belə hallarda dövlət tədbirlər həyata keçirir, büdcədən müəyyən yardımlar ayırır. Düzdür, özəl təşkilatlarda maaşlar onların daxili işidir. Lakin onlar da işçilərin sosial vəziyyətini nəzərə alaraq maaş artımı məsələni gündəmə gətirməlidir.

Sahibkarlar başa düşməldirlər ki, qiymət artımı işçilərin də büdcəsinə mənfi təsir edir. Ona görə iri marketlər, iaşə obyektləri, özəl sektor rəhbərləri çalışanların maaşlarına əlavələr etməlidir. Nə olsun özəl sektordur? Yaşayış minimumu, orta aylıq əməkhaqqı mütləq nəzərə alınmalıdır.

Doğrudur, Vergilər Nazirliyi tərəfindən yoxlama aparılanda özəl sektora öz tövsiyələrini verirlər ki, maaşlar bu səviyyədən aşağı olmasın. Ola bilər, bəzi sahibkarlar maaşları aşağı səviyyədə göstərir ki, vergini az versin. Bu da gizili iqtisadiyyatın bir növüdür”.

V.Əhmədov antiinflyasiya tədbirlərinə də diqqət çəkib: “Dövlət antiinflyasiya tədbirləri çərçivəsində sosial layihələrə diqqət yetirir. Az maaşı olanlar, müavinət alanlar, pensiya ilə yaşayan insanlara müəyyən qədər təminatın artırılması gözlənilir. Sosial tədbilər planında bunların hamısı nəzərdə tutulub. Çünki sosial tədbirlər paketi genişdir. Vəziyyətdən asılı olaraq həyata keçirilir. Son vaxtlar bahalaşmanın artmasıma görə aztəminatlı ailələr, pensiyası aşağı olanlara müəyyən yardım etmək lazımdır”.