Vahid Əhmədov: Samir Şərifov maaşdan niyə danışmadı?backend

Vahid Əhmədov: Samir Şərifov maaşdan niyə danışmadı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə naziri Samir Şərifovun ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı çıxışı ictimaiyyətdə geniş rezonans doğurdu.

Belə ki, nazir Azərbaycanda qazın qiymətini Avropa öləkələri ilə müqayisə edib:

“Qazın qiymətini bir neçə dəfə artırmışıq. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir”.

Əksəriyyət nazirin Azərbaycanı Avropa ilə müqayisə etməsini qınayıb. Sosial şəbəkə istifadəçiləri, eləcə də ictimaiyyət nümayəndələri, iqtisadçılar “Qazın qiymətini müqayisə edəndə, Azərbaycandakı maaş və pensiyalarla Avropadakı maaş və pensiyaları da müqayisə edin” və bu kimi fikirlər səsləndirirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahbikarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, nazirin səsləndirdiyi fikir müqayisə yox, ümumi misal idi.

Deputat nazirin fikirlərinə aydınlıq gətirərkən bunları deyib:

“Yəni o demək istədi ki, dünya bazarına, dünya ölkələrinə baxanda qazın qiyməti Azərbaycanda daha ucuzdur. Ancaq belə götürəndə indi dünya ölkələrində tamamilə başqa şəraitdir. Avropa ölkələrinin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Orada pensiyalar da, maaşlar da bizimkindən tamam fərqlidir, yüksəkdir. Nazir sadəcə olaraq, qaz qiymətlərindəki fərqin böyük olduğunu çatdırmaq istədi”.

“Amma mən belə hesab edirəm ki, Azərbaycanda əhaliyə satılan qazın qiyməti olduqca yüksəkdir. Biz qazın qiymətini iki dəfə artırmışıq. Məlumdur ki, maaşlar, pensiyalar buna adekvat olmalıdır. İnsanlar qaz üçün ödəmə edə bilmirlər. Bu, problemdir. Amma həmişə də maaşları, pensiyaları qaldırmaq olmur. Maaşları, pensiyaları qaldırdıqda inflyasiya artır, manata təzyiq yaradır. Yəni problemlər çoxdur”, – deyə deputat vurğulayıb.