Vahid Ələkbərov milyarderlərin ilk beşliyində yer alıbbackend

Vahid Ələkbərov milyarderlərin ilk beşliyində yer alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Forbes” jurnalı 2020-ci ildə ən çox gəlir əldə etmiş rusiyalı milyarderlərin reytinqini açıqlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, reytinqə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov başçılıq edir. Onun ötənilki gəliri 1,7 milyard ABŞ dolları olub.

İlk 3-lüyə NLMK qrupunun əsas səhmdarı Vladimir Lisin (1,48 milyard dollar) və “USM Holdings”in rəhbəri Alişer Usmanov (1,43 milyard dollar) da daxildir.

“Lukoyl”un rəhbəri Vahid Ələkbərov siyahıda 4-cü (1,41 milyard dollar), senator Süleyman Kərimov və ailəsi isə 5-ci yerdə (922 milyon dollar) qərarlaşıb.

Jurnalın məlumatına görə, gəlir hesablanarkən milyarderlərin aktiv satışından və dividendlərdən əldə etdikləri gəlir nəzərə alınıb.