Vahid Ələkbərov Tokayevə bu barədə məlumat verdibackend

Vahid Ələkbərov Tokayevə bu barədə məlumat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “Lukoyl” neft şirkətinin təsisçisi və əsas səhmdarlarından biri olan Vahid Ələkbərovla görüşüb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, görüş zamanı K.Tokayev “Lukoyl” şirkətinin Qazaxıstandakı cari fəaliyyətinin nəticələri, həmçinin qarşıdakı dövr üçün planlar barədə məlumatlandırılıb. Xüsusilə, dövlət başçısına “Kalamkas-Dəniz” və “Xəzər” yataqlarının işlənməsi üzrə birgə layihənin həyata keçirilməsinin gedişatı haqqında məlumat verilib.

Bu yataqların işlənməsi layihəsi 2022-ci ildə start götürüb, ilk neft hasilatının isə 2028-ci ildə gözlənildiyi bildirilib.

“Kalamkas-Dəniz” və “Xəzər” yataqlarının ümumi proqnozlaşdırılan ehtiyatları təxminən 81 milyon ton neft və 22 milyard kubmetr qaz təşkil edir.