Vahid Ələkbərova ağır zərbə: “Lukoil” zavodu vuruldubackend

Vahid Ələkbərova ağır zərbə: “Lukoil” zavodu vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqrad vilayətinin Kotovo şəhərində yerləşən “LUKOIL-Korobkovski Qazemalı Zavodu”na (Qazemalı QPZ) pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir.

NOCOMMENT.az.az xəbər verir ki, hadisə barədə həm region rəhbərliyi, həm də yerli sakinlər sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumata görə, müəssisənin ərazisində iki yanğın ocağı qeydə alınıb. Bu barədə məlumatlar peyk görüntüləri ilə də təsdiqlənib.

Korobkovski QPZ Rusiya Cənub Federal Dairəsində təbii qazın emalı üzrə ən iri müəssisə hesab olunur. Zavodun illik istehsal gücü 450 milyon kubmetr qaz xammalı təşkil edir.

Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkə ərazisində ümumilikdə 19 Ukrayna PUA-sının məhv edildiyini açıqlayıb. Onların 10-u Volqoqrad vilayəti üzərində vurulub.

Hadisə fonunda Saratov, Samara və Volqoqrad aeroportlarında fəaliyyət müvəqqəti məhdudlaşdırılıb.