Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən bordellərdən (leqal əxlaqsızlıq yuvaları) biri koronavirusa qarşı maraqlı vaksinasiya aksiyasına start verib.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb.
Belə ki, pandemiya dövründə müştərilərinin 30-40%-ni itirən bordel ilk dozu vurduran müştərilərə pulsuz seks xidmətləri təklif edir. Artıq birinci gün 150 nəfər bu maraqlı aksiyadan faydalanmaq üçün müraciət edib.
Qeyd edək ki, Avstriyada əhalinin yalnız 65%-i iki doz vaksin qəbul edib.
Xatırladaq ki, keçən həftə hökumət vaksin olunmayan şəxslərin restoran, hotel ve s. ictimai yerlərə buraxılmaması üçün qərar qəbul edib.