Vaksin vurulan şəxslərdə əks-reaksiya: Səhiyyə Nazirliyi susurbackend

Vaksin vurulan şəxslərdə əks-reaksiya: Səhiyyə Nazirliyi susur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 4 gündür ki, ölkədə koronavirus əleyhinə vaksinasiyaya start verilib. Maraqlıdır, bu müddət ərzində vaksin vurulan şəxslər arasında hansısa allergik və ya digər əks-reaksiyalar qeydə alınıbmı?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, vaksin olunan şəxslər tərəfindən əks-reaksiya olması barədə müraciət daxil olmayıb: “Bakı şəhəri üzrə vətəndaşların vaksinasiyasını Səhiyyə Nazirliyi həyata keçirir. Bölgələrdə vaksin olunan vətəndaşlar tərəfindən isə bizə sonradan hansısa bir əks-reaksiya barədə şikayət daxil olmayıb”.

Paytaxtda vaksin vurulan şəxslərdə hansısa əks-reaksiyanın olub-olmaması barədə sorğumuza Səhiyyə Nazirliyindən cavab verilmədi.