Vaksinlərə davamlı yeni ştam – Açıqlamabackend

Vaksinlərə davamlı yeni ştam – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yeni “mu” ştamı yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeni ştam mutasiyalara malik olduğu üçün olduqca maraq doğuran variant kimi müəyyən olunub.

Vaksinlərin yeni ştama qarşı nə dərəcədə təsirli olduğu hələ məlum olmayıb.

“İlkin varianta görə, güman edilir ki, vaksinlərə qarşı dayanıqlıdır. Amma heç bir sübut yoxdur”.

Bunu NOCOMMENT.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

Bu ştam həm yaşlılar, həm də gənclər arasında yayılıb:

“Yeni ştamın nə qədər yoluxucu və ya daha ölümcül olması elə də məlum deyil”.

Vüqar Cavadzədə bildirib ki, Azərbaycanda yeni ştam hələ müşahidə edilməyib.

“Ola bilər ki, ölkəmizdə bu ştam heç müşahidə edilməsin. Koronavirus infeksiyasının hələ o qədər mutasiya olunmuş variantları meydana gələcək ki, ona görə də, təşvişə ehtiyac yoxdur”.

Qeyd edək ki, hazırda yoluxmaların yalnız 0.1%-i bu varianta aiddir. Yeni ştama yoluxma hallarının artması Kolumbiya və Ekvadorda müşahidə edilir.

Nərmin Vüqarqızı