On minlərlə ispan dağıdıcı daşqınlardan sonra Valensiyada kütləvi etiraz aksiyalarına çıxıb.
NOCOMMENT.az xəbər verir ki, la Repubblica-nın məlumatına görə, artıq polislə toqquşmalar baş verib. Etirazçılar daş və fişəng atıb, polis dəyənək və gözyaşardıcı qazla cavab verib.
İnsanlar regionun rəhbəri Karlos Meysonun istefasını tələb edirlər. Onun hökuməti yavaş irəliləyişinə görə tənqid olunur. Səlahiyyətlilərin daşqınla bağlı SMS-ləri gecikdirdiyi, təhlükəsizlik qüvvələrinin fəlakət zonasına cəmi bir neçə gün sonra göndərildiyi qeyd edilir (əvvəlcə orada könüllülər işləyirdi).