“Valideynlər bilməlidirlər ki, xoruz, keçi şeirləri, “Toplan, topu tut” dövrü artıq bitib” – Təhsil ekspertibackend

“Valideynlər bilməlidirlər ki, xoruz, keçi şeirləri, “Toplan, topu tut” dövrü artıq bitib” – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar valideynlər ibtidai sinif ev tapşırıqlarının dilinin çətin olduğunu bildirirlər. Hətta ali təhsilli valideynlər belə övladlarının ev tapşırıqlarına kömək etməkdə çətinlik çəkirlər.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, problem proqramda da, valideynlərdə də var. Proqram uşaqların yaş səviyyəsinə uyğun olmalıdır. Amma valideynlərin biliklərinin olmaması və ya indiki proqramı öz dövrləri ilə eyniləşdirməsi doğru deyil. Valideynlər də öz üzərində işləməlidirlər:

“Ev tapşırıqlarının verilməsi ilə bağlı Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarla qaydaları var. Həmin qaydada göstərilir ki, 1-ci sinif şagirdlərinə 1ci yarımildə ev tapşırığı verilmir. 2-ci yarımildə verilən ev tapşırığına sərf edilən müddət 1 saatı keçməməlidir. 2-ci siniflərdə oxuyan uşaqlar üçün norma saat yarımdır. 3-4-cü siniflərdə isə 2 saatdır. Çox təəssüf ki, müəllimlər bu qaydaya riayət etmirlər. Məktəblərdə müəllimlər məlumatlandırılmırlar və nəticədə şagirdlər həddindən artıq yüklənirlər. Bu da ona gətirib çıxarır ki, əlavə müəllim tutmaq məcburiyyətində qalırıq. Digər tərəfdən proqram materiallarının uşaqların yaş səviyyəsinə uyğun olmaması əlavə çətinliklər törədir. Valideynlər bilməlidir ki, xoruz, keçi şeirləri, “Toplan, topu tut” dövrü artıq bitib. İndiki təhsil proqramları şagirdə təfəkkürün inkişafına yönəlmiş materialları öyrədir. Bu, təkcə bizim təhsil proqramına deyil, dünya təhsil proqramına aiddir. Valideynlərin biliklərinin olmaması və ya indiki proqramı öz dövrləri ilə eyniləşdirməsi doğru deyil. Valideynlər də öz üzərində işləməlidirlər. Onlar bilməlidirlər ki, övladlarının təhsil həyatında onların müstəsna rolu var. Problem proqramda da, valideynlərdə də var. Proqram da uşaqların yaş səviyyəsinə uyğun olmalıdır. Eyni zamanda valideynlər övladlarının təhsil həyatına qatqı qatmaq üçün özlərini inkişaf etdirməlidirlər”.