Valideynlərə XƏBƏRDARLIQ: öskürək, yüksək qızdırma, boğaz ağrısı…backend

Valideynlərə XƏBƏRDARLIQ: öskürək, yüksək qızdırma, boğaz ağrısı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş pediatr Erkin Rəhimov son günlərdə uşaqlar arasında geniş yayılan infeksion xəstəliklərin səbəblərindən publika.az-a danışıb.

NOCOMMENT.az xəbər verir ki, baş pediatr keçən il pandemiya səbəbiylə qapanmalar olduğundan uşaqlar arasında infeksion xəstəliklər bu qədər yayılmadığını qeyd edib.

– Dekabrin sonu bayram ərəfəsində uşaqlar arasında xəstəlik geniş yayılıb. Valideynlərin sözlərinə görə, qızdırma və boğaz ağrısı ilə başlayır və günlərlə davam edir. Bu, hər il təkrarlanan mövsümi xəstəliklərdən seçilirmi? Valideynlər bu halda ilk növbədə nə etməlidir?

– Son vaxtlarda öskürək, çox yüksək qızdırma, boğaz ağrısı ilə özünü büruzə verən bir virus var. Bir çox xəstədə mövsümi qrip dediyimiz influenza A növünü aşkarladıq. Uşaqlardakı bu problemin hazırda bununla bağlı olduğu qənaətindəyik. Hətta böyüklərdə də görünür. Keçən il pandemiya səbəbiylə qapanmalar olduğu üçün çox görünmürdü. Artıq açılma olduğu üçün bu virus təkrar dirçəldi və yayılmağa başladı. Bu, bildiyimiz klassik qrip virusudur. Klassik qrip virusu ilə mübarizədə peyvəndlər əhəmiyyətli rol oynayır, 6 aydan yuxarı olan uşaqlara və təbii olaraq böyüklərə qoruyucu məqsədlə bu peyvənd vurula bilər. Əlavə olaraq şəxsi gigiyena, maska, təmasdan qaçmaq, əl yumağın da çox gözəl və effektiv rolları var.

Bu virusda qızdırma çox yüksək olur, müşahidələrimiz də bunu göstərir. Odur ki, qızdırma salıcı dərmanlar verilməli, uşaq isti geyindirilməməli və bol-bol maye verilməlidir. Sözsüz ki, həkim müayinəsi vacibdir. Çünki hansı dərmanların verilməli olduğunu ancaq həkim özü təyin edə bilər.

– Hansı yaş qrupu xəstəliyi xüsusilə ağır keçirir?

– Kiçik uşaqlarda daha ağır keçir və hər hansı xroniki xəstəliyi olan, xüsusən də ağciyər problemi olan uşaqlarda.

– Ümumiyyətlə, uşaqlar arasında COVID-19-a yoluxma hallarına sıx rast gəlinirmi?

– Bir müddət əvvəl daha çox idi. Hətta deyərdim ki, indi çox azalıb, lakin omikron ştamı yayılmağa başlayarsa, artım ola bilər.