Valideynlərin NƏZƏRİNƏ: Bunları bilməsəniz CƏRİMƏLƏNƏCƏKSİNİZbackend

Valideynlərin NƏZƏRİNƏ: Bunları bilməsəniz CƏRİMƏLƏNƏCƏKSİNİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda uşaq sərnişinlərin avtomobildə daşınması ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Bu tələblər çərçivəsində ən çox maraq doğuran məsələlərdən biri də uşaqların avtomobilin ön oturacağında neçə yaşından əyləşə bilməsidir.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, avtomobilin ön oturacağında əyləşmə ilə bağlı yaşa görə birbaşa qadağa nəzərdə tutulmayıb. Onun sözlərinə görə, uşaqlar 12 yaşından etibarən avtomobilin ön oturacağında müstəqil şəkildə əyləşə bilərlər.

“12 yaşdan kiçik uşaqlar isə istər ön, istərsə də arxa oturacaqda mütləq xüsusi uşaq kreslosu vasitəsilə daşınmalıdır. Bu tələblərə əməl edildiyi halda sürücü üçün hər hansı cərimə tətbiq edilmir”, – deyə hüquqşünas qeyd edib.

Tağı Hüseynovun sözlərinə görə, 12 yaşdan aşağı uşağın xüsusi oturacaq olmadan avtomobildə daşınması İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnir.

Hüquqşünas valideynləri və sürücüləri uşaqların təhlükəsizliyini təmin etmək üçün mövcud qaydalara ciddi şəkildə riayət etməyə çağırıb.