Avropa ölkələri eyni vaxtda Rusiyadan neft alıb Ukraynaya hərbi dəstək istəyə bilməz.
NOCOMMENT.az bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Vals Fox News telekanalında bildirib.
“Prezidentin [ABŞ Donald Trampın] dünənki çıxışında ortaya qoyduğu mövqe ondan ibarətdir ki, Avropa Rusiya neftini və qazını ala bilməz və eyni zamanda bu münaqişə ilə mübarizədə kömək tələb edə bilməz, buna son qoyulmalıdır”.