Van Damm Bakıda ev aldıbackend

Van Damm Bakıda ev aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Hollivud ulduzu, döyüş filmlərinin qəhrəmanı Jan-Klod Van Dammın Bakıda mənzil alması barədə etibarlı mənbələrdən xəbər daxil olub.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, yaxın zamanlarda məşhur aktyorun oğlu Kristofer Van Varenberq (Kris Van Damm) azərbaycanlı xanımla ailə həyatı qurub. Buna görə də Jan-Klod Van Dammın Bakıda yerləşən məşhur yaşayış kompleksində oğlunun yeni ailəsi və özü üçün 2 mənzil aldığı bildirilir.

Xatırladaq ki, daha əvvəlki səfərlərində də şəhərimizi çox bəyəndiyini bildirən Hollivud ulduzu xüsusən Bakının mənzərəsini çox sevir.