Van Dammın 22 yaşlı azərbaycanlı gəlini kimdir? – DOSYEbackend

Van Dammın 22 yaşlı azərbaycanlı gəlini kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda azərbaycanlı pianoçu xanım Suada Hacızadə ilə Hollivud ulduzu Jan Klod van Dammın oğlu Kristofer van Damm nikaha daxil olduğu barədə məlumat yayılıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Jan Klod van Dammın oğlu ilə nikaha daxil olduğu bildirilən Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib.

Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla gətiriblər. Azərbaycanın məşhur tarzənlərdən biri olan Şirin Axundovun qohumu olan Suada Oqtay Zulfüqarovun rəhbərliyi altında ilk addımlarını atıb. Daha sonra Suadanı Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə daxil olub.

Burada isə Qara Qarayevin tələbələrindən biri olan Afa Fiqarova ilə fortepiano dünyasına Suada ilk addımlarını atır. İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlamışdır.

7 sentyabr 2012-ci il tarixində Estoniyanın Tallin şəhərində “Narva ulduzları yandırır” adlı beynəlxalq fortepiano müsabiqəsində III yer laureatı, Azərbaycan bəstakarlarının əsərlərinin parlaq ifasına görə diploma və xüsusi improvizasiyalarına görə diploma layiq görülüb. 22-23 mart 2013-cü ildə Estoniyanın Narva şəhərində dahi bəstəkar İohan Sebastyan Baxın şərəfinə gənc pianoçular arasında keçirilən Beynəlxalq müsabiqəsində 2 yerin laureatı, dünya şöhrətli müsiqiçi Mixail Kazinnik tərəfindən təşkil edilən usta dərslərdə iştirak etmiş və fəal iştirakına görə fəxri diplomla təltif olunub.

Həmin il Hollandiyanın Hilversum şəhərində “Perpetium Mobile” fortepiano üzrə Beynəlxalq Müsabiqəsində II yerin laureatı, 23-30. 03. 2014-cü il tarixində Polşanın Varşava şəhərində “Juliyus Zarebski” adına fortepiano üzrə XIV Beynəlxalq Müsabiqəsində II yerin laureatı, 30. 05-13. 06. 2014-cü il tarixində Rus Mədəniyyəti Mərkəzinin Mixail Lermontovun 200 illik yubileyi ilə əlaqədar keçirdiyi “Rodniki Dushi” adlı X respublika müsabiqə-festivalında ən yaxşı rus xalq və klassik musiqisinin ifasına görə I yerin laureatı, 30. 05. 2014-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Muğam mərkəzində keçirilmiş “İstedadlı Uşaqlar Festivalı”nda musiqi sahəsində qazandığı uğurlara və nailiyyətlərinə görə “Azərbaycanın Gələcəyi” mukafatına layiq görülmüş və diplomla təltif olunmuşdur.

2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunmuşdur. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.