Van Yi: ABŞ tariflərdən sui-istifadə edərək özünü dünyadan təcrid edibbackend

Van Yi: ABŞ tariflərdən sui-istifadə edərək özünü dünyadan təcrid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ tariflərdən sui-istifadə edərək xalqın dəstəyini itirdi və özünü beynəlxalq ictimaiyyətdən təcrid etdi.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə deyib.

“Bugünkü dünya xaosla doludur. ABŞ tariflərdən sui-istifadə edərək xalqın dəstəyini itirib və özünü beynəlxalq ictimaiyyətdən təcrid edib”, – deyə Çin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Vanq Yi əlavə edib ki, son hadisələr fonunda beynəlxalq ictimaiyyət hər zamankından daha çox birləşməli və çoxtərəfliliyə möhkəm riayət etməlidir. Bundan əlavə, Çinin xarici işlər naziri beynəlxalq münasibətlərin əsas normalarının qorunmasına çağırıb.

Çin Xarici İşlər Nazirliyinin rəhbəri digər məsələlərlə yanaşı qeyd edib ki, Çin müxtəlif sahələrdə dostluq əməkdaşlığının gücləndirilməsi, beynəlxalq və regional məsələlərdə koordinasiya və qarşılıqlı fəaliyyəti dərinləşdirmək üçün İranla işləməyə hazırdır.