Vance Avropa liderlərinin Zelenskini dəstəkləmək üçün ikiüzlü yanaşmasını tənqid edirbackend

Vance Avropa liderlərinin Zelenskini dəstəkləmək üçün ikiüzlü yanaşmasını tənqid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi Avropa liderləri açıq şəkildə Vladimir Zelenskini dəstəkləməkdə qərarlı olduqlarını nümayiş etdirirlər, lakin şəxsi görüşlərdə Ukraynadakı münaqişənin danışıqlar masası arxasında dayandırılmasının zəruriliyini etiraf edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News-a müsahibəsində danışıb.

“Bu vəziyyətin ən çılğınlığı odur ki, bəzən Avropa liderləri ictimaiyyət qarşısında sinələrini şişirdib deyirlər: “Biz qarşıdakı 10 il ərzində prezident Zelenskinin yanındayıq”. Sonra isə özəl olaraq telefonu götürüb deyirlər: “Bu, əbədi davam edə bilməz. O, danışıqlar masasına əyləşməlidir”, – deyə siyasətçi qeyd edib.

O, Avropa liderlərinin ictimai bəyanatlarına biganə qaldığını bildirib. “Əsas odur ki, onların təkbətək dedikləridir. Onlar Zelenskiyə deməlidirlər ki, qan tökülməsi, qətllər və iqtisadi dağıntı sonsuza qədər davam edə bilməz”, – deyə Vans vurğulayıb.