Vaqif Əsədov: Qadın sürücülərin sayının artması…backend

Vaqif Əsədov: Qadın sürücülərin sayının artması…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə son 3 ayda yol hərəkəti qaydalarını pozanların 4%-i qadın sürücülərin payına düşür.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev qadın sürücülərin statistikasının artması barədə danışarkən deyib.

Polkovnik-leytenant bildirib ki, sürücülük vəsiqəsi alan qadınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artıb.

Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə ölkəmizdə qadın sürücülərin sayının artmasını müsbət hal kimi dəyərləndirib: “Ölkə üzrə 1 milyon 400 min sürücüdən təxminən 40 mini qadın sürücüdür. Çox sevindirici haldır ki, bu gün artıq bütün sahələrdə olduğu kimi, sürücülükdə də xanımlar öz işgüzarlığı və bacarığı ilə fərqlənirlər. Qadın sürücülərin sayının artması bizi sevindirir”.