Rusiyanın “Vaqner” mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin Bəhmutda nəzarət etdikləri əraziləri çeçen “Ahmat” qoşunlarına vermək üçün lazımi icazənin verilməsini tələb edib.
NOCOMMENT.az xəbər verir ki, Priqojin, sosial media hesabından verdiyi açıqlamada, Vaqnerin Baxmutdakı “münaqişə potensialının” mayın 10-dan etibarən sona çatacağını bildirib.
Bu səbəbdən Priqojin Rusiyaya bağlı Çeçenistan Respublikasının prezidenti Ramazan Kadırovla əlaqə saxladığını və Vaqnerin Bəhmutdakı mövqelərini tutmağa razılıq verdiyi üçün Kadırova təşəkkür etdiyini bildirib.
Baxmutun rus qüvvələri tərəfindən ələ keçirilməsi üçün 2 kvadrat kilometr ərazinin qaldığına diqqət çəkən Priqojin: “Baxmut, şübhəsiz ki, “Ahmat” qoşunları tərəfindən ələ keçiriləcək” deyə qeyd edib.
NOCOMMENT.AZ