Vaqner: Qoşunlarımız geri çəkilsə, Ukrayna Rostova qədər irəliləyəcəkbackend

Vaqner: Qoşunlarımız geri çəkilsə, Ukrayna Rostova qədər irəliləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin bildirib ki, qoşunlar Baxmutdan geri çəkilsə, Ukrayna ordusu sərhədə yaxın Rusiyanın Rostov vilayətinə qədər irəliləyəcək.

NOCOMMENT xəbər verir ki, Ukraynadakı müharibədə fəal rol alan rus muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi və sursat dəstəyi ilə bağlı yeni açıqlamalar verib.
Dünən Ukraynanın şərqindəki Baxmut şəhərindən geri çəkilmə qərarından imtina etdiklərini izah edən Priqojin, “İndiyə qədər ehtiyacımız olan sursatın yüzdə 10unu ala bilmişik. Baxmutdan ayrılmayacağıq. Biz daha bir neçə gün şəhəri müdafiə edəcəyik. Mübarizə aparacağıq və bu problemi sonra həll edəcəyik. Qoşunlarımız geri çəkilsə, Ukrayna Silahlı Qüvvələri Rostova qədər irəliləyəcək”, – o bildirib.