Vaqner qruplaşması Ukraynada ABŞ vətəndaşını öldürdü – İddiabackend

Vaqner qruplaşması Ukraynada ABŞ vətəndaşını öldürdü – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Vaqner” mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin “Telegram” qrupunda paylaşılan videoda münaqişənin davam etdiyi Ukraynanın Baxmut şəhərində ABŞ vətəndaşının öldürüldüyünü iddia edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiyalı müxbir Aleksandr Simonovun “Telegram” hesabından yaydığı videoda Priqojin cəsədi və üzərindəki sənədləri yoxlayır.

“Budur, keçmiş Amerika əsgəri Nikolas. Biz onu ABŞ-a təhvil verəcəyik, tabuta qoyacağıq, ehtiramla Amerika bayrağı ilə örtəcəyik, çünki o, baba kimi yataqda ölməyib, döyüşdə, yəqin ki, ləyaqətlə həlak olub” – Priqojin deyib.

Vaqner lideri öldürülən şəxsin döyüşdə öldüyünü bildirib.

NOCOMMENT.AZ