Vaqnerin qurucusu: Ukrayna ordusu dünyanın ən güclü ordularından biridirbackend

Vaqnerin qurucusu: Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Vaqner” mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin Ukrayna ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Priqojin “Telegram” kanalına verdiyi müsahibədə son vəziyyət və Ukraynanın Baxmut şəhərinin Vaqner muzdlu döyüşçüləri tərəfindən idarə olunmasının təfərrüatlarını paylaşıb.

Baxmutun tamamilə Vaqner döyüşçülərinin nəzarətində olduğunu bildirən Priqojin iyunun 1-dək Rusiya Müdafiə Nazirliyinin nəzarəti altında olan şəhəri tərk edəcəklərini bildirib.

Priqojin “Baxmutu aldıq, qələbə qazandıq” deyə qeyd edib.

Vaqnerin dünyanın ən yaxşı ordusu olduğunu iddia edən Priqojin, “Amma hazırda Vaqnerdən sonra dünyanın ən yaxşısı Rusiya ordusudur. Əslində Ukrayna ordusu da ən güclülərdən biridir. Onların çox yüksək təşkilati quruluşu, hazırlığı, kəşfiyyatı və çox fərqli silahları var” deyə bildirib.

NOCOMMENT.AZ