Vardanyan “Ameria Bank”da payını necə satıb?backend

Vardanyan “Ameria Bank”da payını necə satıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni cəmiyyətdə sövdələşməyə guya Azərbaycanın “təsir göstərdiyi” iddia olunub
Ermənistan Milli Təhlükəsizlik Xidməti “Ameria Bank”ın səhmlərinin Gürcüstanın eyni adlı bankına (“Bank of Georgia”) satılmasının arxasında dolayısı ilə Azərbaycanın dayanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə sorğunu “armeniasputnik.am” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərib.

Sputnik.am yazır ki, bundan əvvəl Ermənistanın “Ameria Bank”ın səhmlərinin “Bank of Georgia”nın sahibləri tərəfindən alındığını təsdiqləyib. “Bank of Georgia” “Ameriabank”ın səhmlərinin 100%-ni aldığını bir müddət əvvəl rəsmən tədqiqləmişdi. Bildirilirdi ki, əməliyyatın dəyəri 303,6 milyon dollardır. Razılaşma bitdikdən sonra Ermənistan bankının adını dəyişməyi də planlaşdırır.

Eyni zamanda, erməni cəmiyyətdə sövdələşməyə guya Azərbaycanın “təsir göstərdiyi” iddia olunub. Bu iddiaya səbəb isə Xankəndindəki qondarma rejimin “dövlət naziri” olmuş, hazırda isə Bakıda həbsdə olan Ruben Vardanyanın payının olmasıdır. Bildirilir ki, “Ameria Bank”ın 48,8%-nə sahib Ruben Vardanyandır.

TASS-48630658-copy-633c2bbfbb6fe.jpg (198 KB)

Bundan əvvəl “Ölkə üçün həyat” partiyasının həmtəsisçisi, Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri Mesrop Arakelyan bildirmişdi ki, Vardanyanın bu səhmlərin “Gürcüstan Bankı”na satılması ilə heç bir əlaqəsi yoxdur.

Yada salaq ki, Vardanyan ötən il sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Elə həmin gün Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə o, Bakı şəhərinə gətirilib. Hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında digər separatçılarla birlikdə saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Separatçı milyarder barəsində cinayət işinin istintaqı davam edir.

Vardanyanın əgər sözügedən bankda payı oluibsa, onu çoxsaylı vəkilləri vasitəsilə də sata bilərdi. Azərbaycanın terrorçuluqda günahlandırdığı şəxsin hansısa sövdələşmədə təsirini ola bilməsi haqda uydurma Vardanyan mövzusunun süni olaraq gündəmə gətirilməsi məqsədi güdə bilər….

Vardanyanın ittiham olunduğu maddələr ağır cinayətlər kateqoriyasına aiddir, amma onun istintaqa sensasion ifadə verəcəyini gözləməmək lazımdır. Niyə Qarabağa gəlib, niyə Rusiya vətəndaşlığından imtina edib, niyə qanunsuz rejimin “dövlət naziri” olub bunların hamısını indiyədək az qala bütün xarici telekanallara özü danışıb.

VARE.jpg (44 KB)

Əlbəttə demədiyi xeyli maraqlı suallar da var. Niyə xunta rejimində kresloya oturan kimi Azərbaycana qarşı düşmənçilik ritorikasını seçib, niyə orta məktəbi qızıl medalla bitirən, Lomonosov adına Moskva Dövlət Universitetini qırmızı diplomla başa vuran, Harvardda, İtaliyada master-klass öyrənən, nəhayət, uğurlu bir biznesmen həyatında “dönüş” edərək Qarabağa gəlib, burada yerləşib, “müstəqil artsax” uğrunda mübarizəyə başlayıb. Həm də elə bir ərəfədə ki, Azərbaycan torpaqlarının böyük hissəsinin azad etmiş, Qarabağda qalmış erməni əhalinin inteqrasiyası üçün hazırlıqlara başlamışdı. Yəni ola bilərmi ki, “Forbes”in siyahısında yeganə varlı milyarder olan birisi Qarabağda “müstəqillik” perspektivi görsün, üstəlik buna inansın…

Orxan ƏLİYEV,
Musavat.com