Vardanyanın həbsi ilə bağlı şikayəti təmin edilmədibackend

Vardanyanın həbsi ilə bağlı şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir.

Məlum olduğu kimi, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.