Vasif Talıbov: 38 yaşında BDU-nu bitirib, 35 yaşında deputat olubbackend

Vasif Talıbov: 38 yaşında BDU-nu bitirib, 35 yaşında deputat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun adı medianın əsas gündəmi olub.

NOCOMMENT.az saytı Vasif Talıbovun dosyesini təqdim edir.

Vasif Yusif oğlu Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində doğulub.

1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini, 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib. 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib.

16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk çağırışında sədr seçilib.

Vasif Talıbov həm də 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.

O birinci (1995-2000), ikinci (2000-2005), üçüncü (2005-2010), dördüncü (2010-2015, beşinci (2015-2020) çağırış Milli Məclisinin deputatı olub.

2020-ci ilin fevralında altıncı çağırış Milli Məclisin deputatı seçilib.

Hazırda Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Vasif Talıbov altı çağırışdır (1995-ci ildən indiyə kimi) ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır və hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.

Ölkə başçısının 13 yanvar 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

İki oğlu, bır qızı var.

Vasif Talıbov bu gün – 21 dekabr 2022-ci il tarixində Muxtar Respublika Ali Məclisinin sədrliyindən istefa verib. Amma o, hazırda həm Naxçıvan MR Ali Məclisinin, həm də Milli Məclisin deputatı olaraq qalır.

Yenisabah