Vasif Talıbovla bağlı ağlasığmaz iddia – Aprelin 15-də…backend

Vasif Talıbovla bağlı ağlasığmaz iddia – Aprelin 15-də…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yenidən ajiotaj yaranıb. Muxtar respublikanın sabiq rəhbərinin Novruz bayramını ailə üzvləri ilə birlikdə İstanbulda keçirməsindən sonra onun personasına maraq bir qədər artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yenisabah.az yazır və bildirir ki, 2022-ci ilin dekabrından sonra ilk dəfə Naxçıvanı tərk etməyə müvəffəq olan keçmiş “xan” bunu yaxın ətrafına qələbə kimi sırımağa çalışır.

Mətbu orqan qeyd edir: “Qohumlarının və sayı günbəgün azalan tərəfdarlarının Talıbovun bu “qələbəsindən” ruhlandığı, hətta ağlasığmaz iddialarla çıxış etməyə başladıqları bildirilir.

Muxtar Respublikadakı mənbələrdən aldığımız məlumata görə, son günlər Vasif Talıbovun adı naxçıvanlıların dilindən düşmür. Talıbovun və yaxın çevrəsinin təbliğatına inanan xeyli adam onun mərkəzi hakimiyyətlə münasibətləri düzəltdiyini düşünür. Bu müzakirələr fonunda ortaya ağlasığmaz iddialar çıxıb”.

Bildirilir ki, hazırda talıbovçular Naxçıvan əhalisini ciddi-cəhdlə sabiq rəhbərin yenidən öz vəzifəsinin başına dönəcəyinə inandırmağa çalışırlar. Onlar bu günə kimi Naxçıvan Ali Məclisinə yeni sədrin seçilməməsini də bu amillə əlaqələndirirlər.

“Vasif Talıbovun yenidən vəzifəyə təyin olunacağını düşünən bu adamlar ağılasığmaz iddia ilə çıxış edirlər. Onların “xan”ın uzaq deyil, yaxın gələcəkdə Naxçıvana rəhbərlik edəcəyini bildirirlər.

Talıbovçular konkret tarix göstərməkdən çəkinmirlər. İddia edirlər ki, aprelin 15-də, Ramazan tətili başa çatandan sonra Naxçıvanın idarəetməsi yenidən Vasif Talıbova həvalə olunacaq”, – sayt yazır.