Vasif Talıbovun oğlu işdən çıxarılıb?backend

Vasif Talıbovun oğlu işdən çıxarılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, DMX-dən oxu-ya bildirilib ki, R.Talıbov işinin başındadır: “O, hazırda vəzifəsini icra edir. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılır.