Vasif Talıbovun şəkilləri Naxçıvandan YIĞIŞDIRILIBbackend

Vasif Talıbovun şəkilləri Naxçıvandan YIĞIŞDIRILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasındakı bütün idarə və müəssisələrdən – büdcə təşkilatlarından Ali Məclisin keçmiş sədri Vasif Talıbovun şəkilləri yığışdırılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə Naxçıvandakı dövlət təşkilatının adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib.

Bildirilib ki, bu haqda tapşırığı Naxçıvan MR-in yeni rəhbərliyi verib. Bununla bağlı müvafiq tapşırıqların artıq icra olduğunu vurğulanıb.

Qeyd edilir ki, bu yaxınlara kimi Naxçıvanıdakı idarə və müəssiələrdə mərhum dövlət başçısı Heydər Əliyev və Prezident İlham Əliyevlə yanaşı, Vasif Talıbovun da şəkilləri asılırdı.

“Artıq heç bir qurumda Ali Məclisin keçmiş sədrinin şəkillərinə rast gəlinmir”, – deyə mənbə bildirib.