“Vensin Cənubi Qafqaza səfəri regionda güc balansının ABŞ-nin xeyrinə dəyişdiyinin açıq nümunəsidir. Ötən il imzalanan Vaşinqton anlaşmaları, daha sonra həm ABŞ-Azərbaycan, həm ABŞ-Ermənistan münasibətlərindəki irəliləyiş, TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icrası məsələsi Cənubi Qafqazda yüz illərdir davam edən Rusiya gücünün yerinə, Vaşinqtonun daxil olmasının başlanğıcı hesab oluna bilər”.
Bu sözləri NOCOMMENT.az-a siyasi şərhçi Asif Nərmanlı ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə razılaşmalar göstərir ki, ABŞ regionda bağlı müvəqqəti, yaxud qısa müddətli yox, uzunmüddətli planlar qurur:
“Bu prosesdə ABŞ-Azərbaycan münasibətləri həlledici rola malikdir. Çünki regionun əsas gücü olan Azərbaycan ABŞ üçün təkcə Cənubi Qafqazda yox, eyni zamanda, Mərkəzi Asiya ilə münasibətlərdə, ümumiyyətlə Orta dəhlizdə vacib oyunçudur. Buna görə Vaşinqton Bakı ilə münasibətlərini strateji tərəfədaşlıq səviyyəsinə yüksəltdi.
Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında əks olunan məsələlər ABŞ və Azərbaycan arasında enerjidən tutmuş müdafiə sənayesinə qədər çoxvektorlu əməkdaşlıq qurulduğunu deməyə əsas verir. Burada ən önəmli məsələlərdən biri də ABŞ-nin Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyində qarantyora çevrilməsidir ki, bu da regiona kənar müdaxilələrin önündə qalxan rolunu oynayacaq.
Prezident İlham Əliyevin ötən il Vaşinqtona səfərindən sonra Vensin də Bakıya gəlişi, imzalanan sənədlər ABŞ ilə Azərbaycan arasında strateji münasibətlər qurulduğunu təsdiqləyir”.
Atilla Rzasoy












