Amerika Birləşmiş Ştatları (ABŞ) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə qurumu olan YUNESKO-dan çıxmaq qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasına əsasən, ABŞ-ın YUNESKO-dan çıxışı 2026-cı il dekabrın 31-də baş tutacaq.
Məlumata görə, Vaşinqton artıq qərarı barədə təşkilat rəhbərliyini rəsmi şəkildə məlumatlandırıb. Dövlət Departamenti qeyd edib ki, YUNESKO-da üzvlük ABŞ-ın milli maraqlarına uyğun deyil.