Vaşinqtonda silah satışının məhdudlaşdırılmasına qarşı iddia qaldırıldıbackend

Vaşinqtonda silah satışının məhdudlaşdırılmasına qarşı iddia qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ABŞ-ın Vaşinqton ştatında silah satışının məhdudlaşdırılması qərarına qarşı silah hüquqları müdafiəçiləri tərəfindən iddia qaldırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədı silah əldə etmək hüquqlarının müdafiəçisi olan Bellevue şəhərində fəaliyyət göstərən İkinci Dəyişiklik Fondu (SAF) bəyanat yayıb.

Açıqlamada assosiasiya Vaşinqton ştatında AR-15 tipli və digər yarı avtomatik tüfənglərin satışına yeni qadağanın qüvvəyə minməsinə qarşı çıxıb.

“Lazım gələrsə, biz bu işi ölkənin ən yüksək məhkəməsinə aparacağıq” deyə SAF-ın icraçı direktoru Adam Kraut bildirib.

NOCOMMENT.AZ