Vaşinqtonda Ukraynaya yardım müzakirə ediləcəkbackend

Vaşinqtonda Ukraynaya yardım müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq Ukraynaya yardımın koordinasiyasına yönəlmiş yeni təşəbbüs üzərində işləyirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın Alyansdakı daimi nümayəndəsi Culian Smit deyib.

“Biz NATO-da yeni təşəbbüs üzərində işləyirik ki, bu, alyansa Ukraynaya gələcək yardımı koordinasiya etməyə, eləcə də bir çox ölkənin son aylarda fərdi şəkildə həyata keçirdiyi təlim prosesini koordinasiya etməyə imkan verəcək”, – deyə o vurğulayıb.

Diplomatın qeyd etdiyi kimi, bu təşəbbüs NATO-nun Vaşinqtonda iyulun əvvəlində keçirilməsi planlaşdırılan sammitində baxılmaq üçün təqdim olunacaq.