Vaşinqtonda yenidən üçlü görüş baş tuta bilər: Detallar açıqlandıbackend

Vaşinqtonda yenidən üçlü görüş baş tuta bilər: Detallar açıqlandı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-də baş tutan Sülh Şurasının ilk iclası hər şeydən öncə iştirakçı ölkələr tərəfindən humanitar yardım məqsədi ilə 5 milyard ABŞ dollarının toplanıb Qəzzadakı humanitar problemlərin həllinə yönləndirilməsi ilə bağlıdır.”

Bu sözləri NOCOMMENT.az-a deputat Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərini şərh edərkən deyib.

Hikmət Babaoğlu

Deputatın sözlərinə görə, gündəmdə nəzərdə tutulan əsas məsələlər sülh yaratma və sabitləşdirmə qüvvələrinin yaradılmasıdır:

“Bunlar Qəzza bölgəsində ictimai asayişi qorumaq üçün nəzərdə tutulub. Ayrı bir məsələ isə HƏMAS-ın silahlarının təhvil verilməsi üçün yol xəritəsinin hazırlanmasıdır. Bundan sonrakı mərhələdə iştirakçı ölkələr birlikdə ortaq mövqeləri müəyyənləşdirərək müzakirə apara bilərlər. Hesab edirəm ki, bütün bunlar planlı gündəlik tədbirlərdir.

Eyni zamanda, Azərbaycan Prezidentinin bu cür səfərlərində ikitərəfli görüşlər də keçirilir. Misal üçün, artıq baş tutmuş görüşlərdən biri çərçivəsində Prezident İlham Əliyev yerli yəhudi icmasının nümayəndələri ilə görüşüb.

Digər dövlət başçıları ilə bəzi görüşlərin keçirilməsi mümkündür. ABŞ Prezidentinin sülh yaratma təşəbbüslərini nəzərə alsaq, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Donald Tramp arasında üçlü görüşün baş tutması ehtimalı da mövcuddur. Bu, hələlik dəqiq deyil və yalnız ehtimal kimi qiymətləndirilə bilər”.

Atilla Rzasoy