Vaşinqtondakı təyyarə qəzasının təfərrüatları məlum olubbackend

Vaşinqtondakı təyyarə qəzasının təfərrüatları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan “Blackhawk” helikopteri ABŞ-a hücum zamanı yüksək səviyyəli dövlət məmurlarını təxliyə etmək üçün məxfi missiyaya hazırlıq məqsədilə təlim uçuşu həyata keçirirmiş.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Pentaqonun nümayəndəsi bildirib ki, ekipaj səlahiyyətlilərin böhran vəziyyətlərində fəaliyyətini davam etdirə bilməsini təmin edən “hökumətin davamlılığı” proqramı üçün həyati əhəmiyyət kəsb edən marşrut boyunca hərəkət etməyi məşq edirmiş.

Bu uçuşlar 11 sentyabrda baş verənlər kimi nüvə təhlükəsi, kiberhücum və ya terror hücumları zamanı planın bir hissəsidir.

Nəşr qeyd edib ki, adi günlərdə belə helikopterlər şəhərin hava məkanında gərginlik yaradaraq VIP-lərin daşınması üçün istifadə olunur. Proqram icraçıların təhlükəsiz zonalara operativ şəkildə çatdırılmasını nəzərdə tutur.

Fəlakətdən sonra bu işləri görən 12-ci aviasiya batalyonunun fəaliyyəti dayandırılıb. Konqresmenlər hərbi və mülki funksiyaları birləşdirən VIP nəqliyyat uçuşlarının təhlükəsizliyinə yenidən baxılmasını tələb ediblər.

Xatırladaq ki, “American Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan milli hava limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç ekipaj üzvü olub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, təyyarə qəzası nəticəsində heç kim sağ qalmayıb.