Vaşinqtondan sərt addım: Aİ mallarına milyardlarla dollarlıq tarif zərbəsibackend

Vaşinqtondan sərt addım: Aİ mallarına milyardlarla dollarlıq tarif zərbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ avqustun 1-dən Avropa İttifaqından gələn mallara 30% rüsum tətbiq edəcək və bu, iqtisadçıların fikrincə, Avropa iqtisadiyyatına 100 milyard dollara qədər ziyan vura bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi ABŞ Ticarət Nazirliyinin rəsmi sənədlərinə və analitiklərin fikirlərinə istinadən məlumat yayıb.

Tətbiq ediləcək əlavə sektorlar üzrə rüsumlar arasında avtomobillər və ehtiyat hissələrinə 25%, polad və alüminiuma 50% rüsumlar yer alacaq. Bundan əlavə, misə (50%), dərman preparatları və yarımkeçiricilərə də rüsumların artırılması planlaşdırılır. ABŞ Ticarət Nazirliyinin rəhbəri Robert Latxiqer yeni qaydaların qüvvəyə minməsinin təxirə salınması planlarının olmadığını təsdiqləyib.