Vatikan muzeyləri fəaliyyətini bərpa edirbackend

Vatikan muzeyləri fəaliyyətini bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikan muzeyləri koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra 1 iyun tarixində fəaliyyətə başlayacaq.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki,muzeyləri ziyarət etməzdən əvvəl qonaqların temperaturunun yoxlanılacağı bildirib. Bundan başqa ziyarətçilərdən tibbi-maskaların taxılması tələb olunacaq.
Məlumata görə bileti yalnız uzaqdan əldə etmək mümkün olacaq, məhz bu səbəbdən rezervasiya üçün alınan əlavə 4 avro ödənişi müvəqqəti olaraq dayandırılacaq.

Bundan başqa hər ayın son bazar günlərində təşkil olunan muzeylərə pulsuz ziyarət bir müddət ləğv ediləcək.

Qeyd edək ki, Vatikanda 12 COVİD-19 infeksiyasına yoluxma halı aşkarlanıb.